Messi dubl etdi, Ronaldonun rekordunu təkrarladı, Mbappe isə… VİDEO

8 Dekabr 2021 00:10 Çempionlar Liqası 537
Messi dubl etdi, Ronaldonun rekordunu təkrarladı, Mbappe isə… VİDEO

Çempionlar Liqasının A qrupunun PSJ - "Brügge" matçında 5 qol qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, parislilər Belçika klubuna güzəştə getməyib.

PSJ qələbə qazansa da, qrupu 2-ci kimi başa vurub.

PSJ-nin ulduzu Lionel Messinin vurduğu qol onun üçün əlamətdar olub.

Görüşün 38-ci dəqiqəsində komandasının 3-cü qoluna imza atan 34 yaşlı forvard qitənin ən nüfuzlu klub turnirində məyus etdiyi komandaların sayını 38-ə çatdırıb.

Ulduz futbolçu bu göstərici ilə hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldunun rekordunu yeniləyib.

"Brügge" ilə qarşılaşmada dubl edən PSJ-nin digər qolçusu Kilian Mbappe isə ÇL-də 30 qol vuran ən gəc futbolçu ünvanını ələ keçirib.

22 yaş 352 günlüyündə buna nail olan fransalı forvard Messinin (23 yaş 131 günlük) rekordunu yeniləyib.

PSJ - "Brügge" 4:1

Qollar: Mbappe 2,7, Messi 38, 76(p) - Rits 68

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"