"Atletiko" 1/8 finalda, "Milan" avrokuboklarla vidalaşdı

8 Dekabr 2021 02:00 Çempionlar Liqası 545
"Atletiko" 1/8 finalda, "Milan" avrokuboklarla vidalaşdı

Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun daha 6 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən "Liverpul" İtaliyada "Milan" üzərində əzmkar qələbə qazanıb.

Qrupun digər oyununda "Portu" evdə "Atletiko"ya (Madrid) uduzub. Bu nəticələrdən sonra Madrid klubu növbəti mərhələyə,

Porto şəhərinin eyniadlı təmsilçisi Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. "Milan" isə avrokuboklarla vidalaşıb.

C qrupunda "Beşiktaş" Almaniyada Dortmund "Borussiya"sına böyük hesabla uduzub. Digər görüşdə isə qrup qalibi olan Niderland "Ayaks"ı Portuqaliya "Sportinq"ini üstələyib.

D qrupunda "Real” doğma meydanda "İnter"lə 1-ci yer uğrunda mübarizə aparıb. Rəqibini məğlub edən "kral klubu" 1/8 finala qrup lideri kimi adlayıb.

Qrupun digər oyununda Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova "Şerif"i Ukraynada Donetsk "Şaxtyor"u ilə heç-heçə edib.

A qrupu

PSJ (Fransa) - "Brügge" (Belçika) - 4:1

Qollar: Kilian Mbappe, 2; 7. Lionel Messi, 38; 76 (pen.) - Mats Rits, 68

"Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:1

Qollar: Dominik Soboslai, 24. Andre Silva, 71 - Riyad Mahrez, 71

Qırmızı vərəqə: Kayl Uoker, 83 ("Mançester Siti")

Xal durumu: "Mançester Siti" - 12, PSJ - 11, "Leyptsiq" - 7, "Brügge" - 4.

B qrupu

"Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) - 1:2

Qollar: Fikayo Tomori, 29 - Məhəmməd Salah, 36. Divok Origi, 55

"Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:3

Qollar: Serjiu Oliveyra, 90+6 (pen.) - Antuan Qrizmann, 56. Anxel Korrea, 90. Rodriqo De Paul, 90+2

Qırmızı vərəqə: Yannik Karrasko, 67 ("Atletiko"), Vendell Borjes, 70. Aqustin Marçesin, 75 (hər ikisi "Portu")

Xal durumu: "Liverpul" - 18, "Atletiko" - 7, "Portu" - 5, "Milan" - 4.

C qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Beşiktaş" (Türkiyə) - 5:0

Qollar: Doniyell Malen, 29. Marko Roys, 45+2 (pen.); 53. Erlinq Holann, 68; 81

Qırmızı vərəqə: Velinton, 43 ("Beşiktaş")

"Ayaks" (Niderland) - "Sportinq" (Portuqaliya) - 4:2

Qollar: Sebastyen Allye, 8 (pen.). Antoni, 42. David Neres, 58. Stiven Bergeys, 62 - Nunu Santuş, 22. Bruno Tabata, 78

Xal durumu: "Ayaks" - 18, "Sportinq" - 9, "Borussiya" - 9, "Beşiktaş" - 0.

D qrupu

"Real Madrid" (İspaniya) - "İnter" (İtaliya) - 2:0

Qollar: Toni Kroos, 17. Marko Asensio, 79

Qırmızı vərəqə: Nikola Barella, 64 ("İnter")

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Şerif" (Moldova) - 1:1

Qollar: Fernando, 42 - Boban Nikolov, 90+3

Xal durumu: "Real Madrid" - 15, "İnter" - 10, "Şerif" - 7, "Şaxtyor" - 2.

Digər Xəbərlər
Xəbər Lenti