“Atletiko” bu gün qrupdan çıxa bilməyəcək? - Çempionlar Liqası

7 Dekabr 2021 15:40 Çempionlar Liqası 663
“Atletiko” bu gün qrupdan çıxa bilməyəcək? - Çempionlar Liqası

Bu gün Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

A qrupunda PSJ Fransada Belçika "Brügge"sini qəbul edəcək. "Mançester Siti" isə Almaniyada "Leyptsiq"in qonağı olacaq.

Bu qrupda ilk 2 pillənin sahibi bəlli olduğundan əsas mübarizə 3-cü yer uğrunda gedəcək. Bundesliqa təmsilçisi qalib gələcəyi halda digər matçın nəticəsindən asılı olmayaraq, Avropa Liqasının pley-offuna vəsiqə əldə edəcək.

B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən "Liverpul" İtaliyada "Milan"la qarşılaşacaq.

Qrupun digər oyununda "Portu" evdə İspaniyanın "Atletiko"nu (Madrid) sınağa çəkəcək. Hazırda 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaq.

C qrupunda "Beşiktaş" Almaniyada Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığından, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdiklərindən qarşılaşma forma xarakter daşıyacaq.

Digər görüşdə isə qrup qalibi olan Niderland "Ayaks"ı Portuqaliya "Sportinq"i ilə münasibətlərinə aydınlıq gətirəcək.

D qrupunda "Real" doğma meydanda İtaliya "İnter"i ilə 1-ci yer uğrunda mübarizə aparacaq. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova "Şerif"i qrup sonuncusu olması dəqiqləşən "Şaxtyor"u (Donetsk) qəbul edəcək.

İndiyədək "Mançester Siti", PSJ, "Liverpul", "Ayaks", "Sportinq", "Real Madrid" və "İnter"lə yanaşı, Almaniyanın "Bavariya", İtaliyanın "Yuventus", İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klubları da 1/8 finala adlayıb.

A qrupu

21:45. PSJ (Fransa) - "Brügge" (Belçika)

21:45. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

Xal durumu: "Mançester Siti" - 12, PSJ - 8, "Leyptsiq" - 4, "Brügge" - 4.

B qrupu

00:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

00:00. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Liverpul" - 15, "Portu" - 5, "Milan" - 4, "Atletiko" - 4.

C qrupu

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Beşiktaş" (Türkiyə)

00:00. "Ayaks" (Niderland) - "Sportinq" (Portuqaliya)

Xal durumu: "Ayaks" - 15, "Sportinq" - 9, "Borussiya" - 6, "Beşiktaş" - 0.

D qrupu

00:00. "Real Madrid" (İspaniya) - "İnter" (İtaliya)

00:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şerif" (Moldova)

Xal durumu: "Real Madrid" - 12, "İnter" - 10, "Şerif" - 6, "Şaxtyor" - 1.

Digər Xəbərlər
Xəbər Lenti