"Yaşadığımız problemlər, fərqli heyətlərlə oynadığımız matçlar bizi çətin vəziyyətə saldı"

7 Dekabr 2021 00:10 Çempionlar Liqası 391
"Yaşadığımız problemlər, fərqli heyətlərlə oynadığımız matçlar bizi çətin vəziyyətə saldı"

"Beşiktaş" Çempionlar Liqası qrup mərhələsinin son turu çərçivəsində Dortmund "Borussiya"sının qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, bu gün baş tutan mətbuat konfransında İstanbul təmsilçisinin baş məşqçisi Sərgən Yalçın açıqlamalar verib.

O, zədələr səbəbindən yaxşı performans göstərə bilmədiklərini deyib:

"Ciddi problemlər yaşasaq da, vacib dərslər götürdük. Çempionlar Liqasının bizə verdiyi ən önəmli şey təcrübübədir.

Fərqli düşüncələrimiz var idi, bundan daha yaxşısını edə bilərdik. Zədələr, yaşadığımız problemlər, fərqli heyətlərlə oynadığımız matçlar bizi çətin vəziyyətə saldı.

Həm ölkədə, həm Avropada mübarizə aparacağımızı düşünərkən, çox sayda zədələr planlarımızı pozdu".

"Borussiya" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti