"Yuventus" biabır oldu, "Çelsi" və "Mançester Yunayted" pley-offda - CL NƏTİCƏLƏRİ

24 Noyabr 2021 02:00 Çempionlar Liqası 988
"Yuventus" biabır oldu, "Çelsi" və "Mançester Yunayted" pley-offda - CL NƏTİCƏLƏRİ

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları keçirilib.

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş “Bayern” Ukraynada Kiyev “Dinamo”sunun qonağı olub və növbəti qələbəsini qazanıb.

“Barselona” isə İspaniyada “Benfika”nı qəbul edib. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaqdı. Amma bu görüşdə qapılara qol vurulmayıb.

F qrupunda “Mançester Yunayted” İspaniyada “Vilyarreal”la qarşılaşıb və inamlı qələbəyə sevinib. Qrupun digər matçında “Atalanta” İsveçrədə “Yanq Boyz”u sınağa çəkib.

Qonaqlar bu qarşılaşmada xal itirərsə, “Vilyarreal” – “Mançester Yunayted” görüşünün qalibi sona 1 tur qalmış mərhələ adlayacaqdı. Belə də olub. Altı qolun qeydə alındığı matç heç-heçə bitib. Nəticədə “Mançester Yunayted” pley-offa vəsiqəni təmin edib.

G qrupunun lideri “Zalsburq” Fransada “Lill” ilə üz-üzə gəlib. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcəkdi.

Lakin Fransa çempionu bu görüşdən qalib ayrılıb. “Sevilya” da evdə “Volfsburq” üzərində inamlı qələbə qazanıb. Bu qrupda bütün suallara son turda aydınlıq gələcək.

H qrupunda “Yuventus”dan sonra “Çelsi” də pley-offa vəsiqəni təmin edib. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalı idi.

Amma “zadəganlar” buna darmadağınla nail olublar. Qrupun digər oyununda “Zenit” İsveçdə “Malmö” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.

E qrupu

Dinamo (Kiyev, Ukrayna) – Bayern (Almaniya) 1:2
Qol
: Qarmaş, 70 – Levandovski, 14. Koman, 42.

Barselona (İspaniya) – Benfika (Portuqaliya) 0:0

Xal durumu: "Bavariya" - 15, "Barselona" - 7, "Benfika" - 5, "Dinamo" - 1.

F qrupu

Vilyarreal (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:2
Qol
: Ronaldo, 78. Sanço, 90.

Yanq Boyz (İsveçrə) – Atalanta (İtaliya) 3:3
Qol
: Sibaço, 39. Syerro, 80. Hefti, 84 – Sapata, 10. Palomino, 51. Muriel, 88.

Xal durumu: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 4.

G qrupu

"Lill" (Fransa) - "Zaltsburq" (Avstriya) - 1:0

Qol: Conatan Devid, 31

"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:0

Qollar: Xoan Xordan Moreno, 13, Rafael Mir Visente, 90+7

Xal durumu: "Lill" - 8, "Zaltsburq" - 7, "Sevilya" - 6. "Volfsburq" - 5.

H qrupu

"Malmö" (İsveç) - "Zenit" (Rusiya) - 1:1

Qollar: Sören Riyeks, 28 - Yaroslav Rakitski, 90+2 (pen.)

Qırmızı vərəqə: Dmitri Çistyakov, 86 ("Zenit")

"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 4:0

Qollar: Trevo Çaloba, 25. Ris Ceyms, 56. Kallum Hadson-Odoi, 58. Timo Verner, 90+5

Xal durumu: "Çelsi" - 12, "Yuventus" - 12, "Zenit" - 4, "Malmö" - 1

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"