Ronaldo fərqləndi, "Mançester Yunayted" 1/8 finala qaldı - VİDEO

24 Noyabr 2021 00:00 Çempionlar Liqası 446
Ronaldo fərqləndi, "Mançester Yunayted" 1/8 finala qaldı - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Sportinfo.az xəbər verir ki, "Mançester Yunayted"i İspaniyada "Vilyarreal"la qarşılaşıb.

Almaniyalı FIFA referisi Feliks Brixin başçılıq etdiyi hakimlər briqadasının əlaqə sistemindəki texniki nasazlığa görə 8 dəqiqə gec başlayan oyunda "qırmızı şeytanlar" 2:0 hesablı qələbə qazanıb.

Qolları 78-ci dəqiqədə Kriştianu Ronaldu və 90-cı dəqiqədə Ceydon Sanço vurub. Bu qələbədən sonra xallarını 10-a çatdıran Mançester təmsilçisi sona bir tur qalmış pley-offa vəsiqəni təmin edib.

Bu qrupun digər qarşılaşmasında İtaliya "Atalanta"sı İsveçrədə "Yanq Boyz"u sınağa çəkəcək

F qrupu,

"Vilyarreal" - "Mançester Yunayted" 0:2

Qollar: Ronaldo, 78, Sanço, 90

Digər Xəbərlər
Xəbər Lenti