"Barselona" bu gecə 4 xoşbəxtdən biri olacaq? – ÇL AFİŞA

23 Noyabr 2021 21:40 Çempionlar Liqası 898
"Barselona" bu gecə 4 xoşbəxtdən biri olacaq? – ÇL AFİŞA

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

Matçlar Bakı vaxtı ilə saat 21:45-də və saat 00:00-da başlayacaq.

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş "Bavariya" Kiyev "Dinamo"sunun qonağı olacaq. "Barselona" İspaniyada "Benfika"nı qəbul edəcək.

Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaq.

F qrupunda "Mançester Yunaytedi İspaniyada "Vilyarreal"la qarşılaşacaq. Qrupun digər matçında "Atalanta"sı İsveçrədə "Yanq Boyz"u sınağa çəkəcək.

Qonaqlar bu qarşılaşmada xal itirərsə, "Vilyarreal" - "Mançester Yunayted" görüşünün qalibi sona 1 tur qalmış adını növbəti raunda yazdıracaq.

G qrupunun lideri Avstriya "Zaltsburq"u Fransada "Lill" ilə üz-üzə gələcək. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcək.

"Sevilya" isə evdə"Volfsburq" ilə münasibətlərinə aydınlıq gətirəcək. La Liqa təmsilçisi qrupdan çıxma şanslarını saxlamaq üçün uduzmamalıdır.

H qrupunda "Yuventus"dan sonra "Çelsi" də pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalıdır.

Qrupun digər oyununda Rusiya "Zenit"i İsveçdə "Malmö" ilə qarşılaşacaq. Sankt-Peterburq klubu qələbə qazanacağı halda, meydan sahiblərinin qrupda qalması rəsmiləşəcək.

Qonaqlar isə ən pis halda Avropa Liqasının pley-offunda mübarizə aparmaq hüququ qazanacaq. Hələlik "Bavariya" və "Yuventus"la yanaşı, "Liverpul" və "Ayaks"ın da pley-offa adlaması dəqiqləşib.

23 noyabr

E qrupu

21:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Bavariya" (Almaniya)

00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)

Xal durumu: "Bavariya" - 12, "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1.

F qrupu

21:45. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya)

Xal durumu: "Mançester Yunayted" - 7, "Vilyarreal" - 7, "Atalanta" - 5, "Yanq Boyz" - 3.

G qrupu

00:00. "Lill" (Fransa) - "Zaltsburq" (Avstriya)

00:00. "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya)

Xal durumu: "Zaltsburq" - 7, "Lill" - 5, "Volfsburq" - 5, "Sevilya" - 3.

H qrupu

00:00. "Malmö" (İsveç) - "Zenit" (Rusiya)

00:00. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya)

Xal durumu: "Yuventus" - 12, "Çelsi" - 9, "Zenit" - 3, "Malmö" - 0.

Digər Xəbərlər
Xəbər Lenti