Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu... Ronaldo deyil

6 Noyabr 2021 01:50 Çempionlar Liqası 1 110
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu... Ronaldo deyil

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu ada Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski layiq görülüb.

Qrup mərhələsinin 4-cü turunda Münhen təmsilçisinin “Benfika”nı (Portuqaliya) 5:2 hesabı ilə məğlub etdiyi görüşdə Levandovski het-trikə imza atıb.

Polşalı futbolçudan başqa, həftənin ən yaxşı oyunçusu adına Pedro Qonçalves (“Sportinq”), Kristiano Ronaldo (“Mançester Yunayted”) və Paulo Dibala (“Yuventus”) da namizəd idi.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə