Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, B qrupunda evdə "Atletiko"nu (Madrid) məğlub edən Liverpul" sona 2 tur qalmış pley-offa adlayıb.
C qrupunda isə "Ayaks" Almaniyada "Borussiya" (Dortmund) üzərində əzmkar qələbə sayəsində vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.
Bu qrupun digər görüşündə "Beşiktaş" Portuqaliyada "Sportinq"ə 0:4 hesabı ilə uduzub. Bununla da İstanbul təmsilçisi qrupda qalıb.
B qrupunda "Milan" evdə "Portu" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə qonaqların heyətində Luis Dias açıb.
61-ci dəqiqədə "Portu"nun futbolçusu Şansel Mbemba avtoqol müəllifi olub. Beləlik, Milan şəhərinin eyniadlı təmsilçiri qrup mərhələsində ilk xalını qazanıb.
Digər görüş D qrupunda baş tutub. "Real" İspaniyada "Şaxtyor"a (Donetsk) 2:1 hesabı ilə qalib gəlib. "Kral klubu"nun heyətində Kərim Benzema dubl edib. Donetsk təmsilçisindən isə Fernando fərqlənib.
A qrupu
00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1
Qollar: Fil Foden, 15, Riyad Mahrez, 54, Rahim Sterlinq, 72, Qabriel Jezus, 90+2 - Con Stounz, 17 (avtoqol)
00:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 2:2
Qollar: Kristofer Nkunku, 8, Dominik Soboslai, 90+2 (pen.) - Corcinyo Veynaldum, 21; 39
Xal durumu: "Mançester Siti" - 9, PSJ - 8, "Brügge" - 4, "Leyptsiq" - 1.
B qrupu
21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1
Qollar: Şansel Mbemba, 61 (avtoqol) - Luis Dias, 39
00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:0
Qollar: Diequ Jota, 13, Sadio Mane, 21
Qırmızı vərəqə: Felipe, 36 ("Atletiko")
Xal durumu: "Liverpul" - 12, "Portu" - 5, "Atletiko" - 4, "Milan" - 1.
C qrupu
00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0
Qollar: Pote, 31 (pen.); 38, Paulinyo, 41, Pablo Sarabiya, 56
Qırmızı vərəqə: Jozef De Souza, 90 ("Beşiktaş")
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland) - 1:3
Qollar: Marko Roys, 37 (pen.) - Duşan Tadiç, 72, Sebastyan Alle, 83, Davi Klassen, 90+3
Qırmızı vərəqə: Matts Hummels, 29 ("Borussiya")
Xal durumu: "Ayaks" - 12, "Borussiya" - 6, "Sportinq" - 6, "Beşiktaş" - 0.
D qrupu
21:45. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1
Qollar: Kərim Benzema, 14; 61 - Fernando, 39
00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya) - 1:3
Qollar: Adama Traore, 90+2 - Martselo Brozoviç, 54, Milan Şkrinyar, 66
Xal durumu: "Real Madrid" - 9, "İnter" - 7, "Şerif" - 6, "Şaxtyor" - 1.

