“Beşiktaş” bu gecə Çempionlar Liqası ilə vidaıaşacaq?

3 Noyabr 2021 18:40 Çempionlar Liqası 730
“Beşiktaş” bu gecə Çempionlar Liqası ilə vidaıaşacaq?

Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 8 qarşılaşma keçiriləcək.

A qrupunda "Mançester Siti" İngiltərədə Belçika "Brügge"sini, "Leyptsiq" isə Almaniyada Fransa PSJ-sini sınağa çəkəcək.

B qrupunda günün ilk matçı İtaliyada "Milan" və "Portu" arasında olacaq.

Digər görüşdə "Liverpul" evdə "Atletiko" (Madrid) lə qarşılaşacaq. Mersisaydlılar qələbə qazanacağı halda vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcəklər.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Portuqaliyada "Sportinq"in qonağı olacaq. İstanbul klubu bu oyunda uduzsa, qrupdan çıxmaq şanslarını itirəcək.

Qrupun digər matçında "Borussiya" (Dortmund) Niderland "Ayaks"ını qəbul edəcək. Qonaqlar qalib gələcəyi təqdirdə növbəti mərhələyə adlayacaqlar.

D qrupunda "Real" evdə "Şaxtyor" (Donetsk), Moldova "Şerif"i isə "İnter" ilə üz-üzə gələcək.

Ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.

A qrupu

00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika)

00:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa)

Xal durumu: PSJ - 7, "Mançester Siti" - 6, "Brügge" - 4, "Leyptsiq" - 0.

B qrupu

21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya)

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 4, "Milan" - 0

C qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland)

Xal durumu: "Ayaks" - 9, "Borussiya" - 6, "Sportinq" - 3, "Beşiktaş" - 0.

D qrupu

21:45. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya)

Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 6, "İnter" - 4, "Şaxtyor" - 1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti