Ronaldo MY-i xilas etdi, "Yuventus"la "Bavariya" pley-offda - ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

3 Noyabr 2021 01:57 Çempionlar Liqası 1 672
Ronaldo MY-i xilas etdi, "Yuventus"la "Bavariya" pley-offda - ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları keçirilib.

E qrupunda "Bavariya" Portuqaliyada "Benfika"ya qalib gəlib. Xallarını 12-yə çatdıran Münhen təmsilçisi sona 2 tur qalmış qrupdan çıxmağı təmin edib.

Bu qrupun digər matçında "Barselona" Ukraynada Kiyev "Dinamo"sunu çətinliklə məğlub edib.

Pley-offa vaxtından əvvəl yüksələn digər komanda isə "Yuventus" olub. H qrupunda mübarizə aparan Turin təmsilçisi evdə "Zenit" üzərində qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb.

Gecənin maraqlı görüşlərindən biri F qrupunda baş tutub. "Mançester Yunayted" İtaliyada "Atalanta" ilə heç-heçəyə razılaşıb.

G qrupunda Avstriya "Zaltsburq"u Almaniyada "Volfsburq"la qarşılaşıb.

Qonaqlar qalib gələcəyi halda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

H qrupunda isə "Çelsi" İsveçdə "Malmö"nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub. .

E qrupu

00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Barselona" (İspaniya) - 0:1

Qol: Ansu Fati, 70

00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 5:2

Qollar: Robert Levandovski, 26; 61; 84, Serj Qnabri, 32, Leroy Sane, 49 - Morato, 38, Darvin Nunyes, 76

{{widget-content-45161}}

Xal durumu: "Bavariya" - 12, "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1.

F qrupu

00:00. "Vilyarreal" (İspaniya) - "Yanq Boyz" (İsveçrə) - 2:0

Qollar: Etyen Kapu, 36, Arno Qruneveld, 89

00:00. "Atalanta" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 2:2

Qollar: Yosip İliçiç, 12, Duvan Sapata, 56 - Kriştianu Ronaldu, 45+1; 90+1

Xal durumu: "Mançester Yunayted" - 7, "Vilyarreal" - 7, "Atalanta" - 5, "Yanq Boyz" - 3.

G qrupu

21:45. "Volfsburq" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 2:1

Qollar: Bote Baku, 3, Lukas Nmeça, 60 - Maksimilian Vöber, 30

00:00. "Sevilya" (İspaniya) - "Lill" (Fransa) - 1:2

Qollar: Lukas Okampos, 15 - Conatan Devid, 43 (pen.), Conatan İkone, 51

Xal durumu: "Zaltsburq" - 7, "Lill" - 5, "Volfsburq" - 5, "Sevilya" - 3.

H qrupu

21:45. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə) - 0:1

Qol: Hakim Ziyeş, 56

00:00. "Yuventus" (İtaliya) - "Zenit" (Rusiya) - 4:2

Qollar: Paulo Dibala, 11; 58 (penalti), Federiko Kyeza, 74, Alvaro Morata, 82 - Leonardo Bonuççi, 26 (avtoqol), Sərdar Azmun, 90+2

Xal durumu: "Yuventus" - 12, "Çelsi" - 9, "Zenit" - 3, "Malmö" - 0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti