"Barselona" "Dinamo"ya üstün gələ biləcəkmi? - Çempionlar Liqası

20 Oktyabr 2021 18:40 Çempionlar Liqası 411
"Barselona" "Dinamo"ya üstün gələ biləcəkmi? - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlardan 2-si Bakı vaxtı ilə saat 20:45-də, 6-sı isə saat 23:00-da start götürəcək.

E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan "Barselona" "Dinamo"nu (Kiyev) qəbul edəcək. Almaniya "Bavariya"sı isə Portuqaliyada "Benfika"nın qonağı olacaq.

F qrupunda "Mançester Yunayted" İngiltərədə İtaliya "Atalanta"sını sınağa çəkəcək. Digər qarşılaşmada İsveçrənin "Yanq Boyz" və İspaniyanın "Vilyarreal" klubları münasibətlərinə aydınlıq gətirəcək.

G qrupunda Almaniya "Volfsburq"u Avstriyada "Zaltsburq"la, İspaniya "Sevilya"sı isə Fransada "Lill" ilə üz-üzə gələcək.

H qrupunda turnirin son qalibi olan "Çelsi" İngiltərədə İsveç "Malmö"sünün müqavimətini qırmağa çalışacaq. Qrupun digər oyununda İtaliya "Yuventus"u Rusiyada "Zenit"lə qarşılaşacaq.

20 oktyabr

E qrupu

20:45. "Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna)

23:00. "Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4, "Dinamo" - 1, "Barselona" - 0.

F qrupu

23:00. "Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya)

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya)

Xal durumu: "Atalanta" - 4, "Yanq Boyz" - 3, "Mançester Yunayted" - 3, "Vilyarreal" - 1.

G qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya)

23:00. "Lill" (Fransa) - "Sevilya" (İspaniya)

Xal durumu: "Zaltsburq" - 4, "Sevilya" - 2, "Volfsburq" - 2, "Lill" - 1.

H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç)

23:00. "Zenit" (Rusiya) - "Yuventus" (İtaliya)

Xal durumu: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0

Digər Xəbərlər
Xəbər Lenti