"Seltik" Avroliqada ilk 3 xalını əldə etdi - VİDEO

20 Oktyabr 2021 02:00 Çempionlar Liqası 750
"Seltik" Avroliqada ilk 3 xalını əldə etdi - VİDEO

Avropa Liqasının qrup mərhələsində III tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.

Günün yeganə matçı G qrupunda Şotlandiya "Seltik"i ilə Macarıstan "Ferentsvaroş"u arasında olub. Qlazqo şəhərindəki "Seltik Park" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər 2 qol ikinci hissədə vurulub. 57-ci dəqiqədə Kyoqo Furuhasi, 81-ci dəqiqədə isə Devid Ternbull fərqlənib.

Qrup mərhələsində ilk qələbəsini və xallarını qazanan "Seltik" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Ferentsvaroş" sonuncu sırada yer alıb.

Qrupa hərəyə 6 xalla Almaniya "Bayer"i və İspaniya "Betis"i başçılıq edir. Yeri gəlmişkən, bu komandalar arasında görüş oktyabrın 21-də İspaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda