“Barselona” biabır oldu, Ronaldo son dəqiqədə MY-ə qələbə gətirdi - CL-də NƏTİCƏLƏR

30 Sentyabr 2021 01:00 Çempionlar Liqası 2 578
“Barselona” biabır oldu, Ronaldo son dəqiqədə MY-ə qələbə gətirdi - CL-də NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, günün ilk görüşləri F və H qruplarında olub.

“Yanq Boyz” İtaliyada “Atalanta”ya minimal hesabla uduzub. “Malmö” isə Rusiyada “Zenit”lə üz-üzə gəlib və darmadağına üzülüb

. F qrupunun digər oyununda “Mançester Yunayted” “Vilyarreal”la qarşılaşıb və əzmkar qələbəyə sevinib.

Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada “Yuventus”la turnirin son qalibi olan “Çelsi” arasında baş tutub. “Zadəganlar” səfərdə minimal hesabla uduzublar.

E qrupunda “Barselona” Portuqaliyada “Benfika”nı, “Bavariya” isə Kiyev “Dinamo”sunu sınağa çəkib. Münhen təmsilçisi darmadağına sevinən, Kataloniya təmsilçisi isə üzülən tərəf olub.

E qrupu

23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0

Qollar: Robert Levandovski, 12; 27, Serj Qnabri, 68, Leroy, Sane, 74, Erik Şupo-Motinq, 87

23:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0

Qollar: Darvin Nunyes, 3; 79 (penalti), Rafa Silva, 69

Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4, "Dinamo" - 1, "Barselona" - 0.

F qrupu

20:45. "Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Qol: Matteo Pessina, 66

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1

Qollar: Aleks Telles, 60, Kriştianu Ronaldu, 90+5 - Pako Alkaser, 53

Xal durumu: "Atalanta" - 4, "Yanq Boyz" - 3, "Mançester Yunayted" - 3, "Vilyarreal" - 1.

G qrupu

23:00. "Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1

Qollar: Renato Şteffen, 48 - İvan Rakiiç, 86 (penalti)

Qırmızı vərəqə: Jozua Gilavogi, 85 ("Volfsburq")

23:00. "Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1

Qol: Kərim Adeyemi, 35 (penalti); 53 (penalti) - Burak Yılmaz, 62

Xal durumu: "Zaltsburq" - 4, "Sevilya" - 2, "Volfsburq" - 2, "Lill" - 1.

H qrupu

20:45. "Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0

Qollar: Klaudinyo, 9, Daler Kuzyayev, 49, Aleksey Sutormin, 80, Vendel 90+4

Qırmızı vərəqə: Anel Ahmedhodziç, 53 ("Malmö")

23:00. "Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Federiko Kyeza, 46

Xal durumu: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0

Digər Xəbərlər
Xəbər Lenti