"Barselona" bu gecə yenə uduzacaq? – Çempionlar Liqası

29 Sentyabr 2021 18:20 Çempionlar Liqası 510
"Barselona" bu gecə yenə uduzacaq? – Çempionlar Liqası

Bu gün Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə E, F, G və H qruplarında matçlar keçiriləcək.

Günün ilk görüşləri F və H qruplarında olacaq. Müvafiq olaraq, İsveçrə "Yanq Boyz"u İtaliyada "Atalanta" ilə, İsveç "Malmö"sü isə Rusiyada "Zenit"lə üz-üzə gələcək.

F qrupunun digər oyununda "Mançester Yunayted" İngiltərədə İspaniya "Vilyarreal"ını qəbul edəcək.

Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada "Yuventus"la turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubu arasında ba tutacaq. H qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

E qrupunda İspaniya "Barselona"sı Portuqaliyada "Benfika"nı, "Bavariya" isə Almaniyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək.

29 sentyabr

E qrupu

23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna)

23:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya)

Xal durumu: "Bavariya" - 3, "Dinamo" - 1, "Benfika" - 1, "Barselona" - 0.

F qrupu

20:45. "Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə)

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya)

Xal durumu: "Yanq Boyz" - 3, "Atalanta" - 1, "Vilyarreal" - 1, "Mançester Yunayted" - 0.

G qrupu

23:00. "Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya)

23:00. "Zaltsburq" (Avstriya) - "Lill" (Fransa)

Xal durumu: "Zaltsburq" - 1, "Sevilya" - 1, "Lill" - 1, "Volfsburq" - 1.

H qrupu

20:45. "Zenit" (Rusiya) - "Malmö" (İsveç)

23:00. "Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə)

Xal durumu: "Yuventus" - 3, "Çelsi" - 3, "Zenit" - 0, "Malmö" - 0

Digər Xəbərlər
Xəbər Lenti