ÇL-də debüt edən yığmamızın üzvü “instagram”da nələr yazdı? - FOTOLAR

29 Sentyabr 2021 16:20 Çempionlar Liqası 817
ÇL-də debüt edən yığmamızın üzvü “instagram”da nələr yazdı? - FOTOLAR

Dünən “Beşiktaş” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Niderlandda “Ayaks”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsiylə bitən bu görüş “qara qartallar”ın gənc futbolçusu Berkay Vardar üçün əlamətdar olub.

“Beşiktaş” “Ayaks”la səfər oyununa 11 əskiklə yollanıb. Bu üzdən də məşqçilər heyəti əsas komandaya bir neçə gənc futbolçu cəlb etmişdi ki, onlardan da biri Berkay idi.

18 yaşlı yarımmüdafiəçi ilk dəfə İstanbul təmsilçisinin əsas komandasında rəsmi oyuna çıxıb.

Baş məşqçi Sərgən Yalçın onu matçın 73-cü dəqiqəsində Umut Meraşın əvəzində meydana buraxıb. Bununla da o, “Beşiktaş”ın əsas komandasında rəsmən debüt edib.

Berkay “Beşiktaş”ın öz yetirməsidir. U-17 yığmamızın formasını geyinib və 1 qol vurub. Hazırda isə o, Azərbaycanın U-19 millisinə dəvət alır.

Yığmamıza çağırılan albanəsilli türkiyəli futbolçu Niderlanddakı debütündən sonra şəxsi “instagram” hesabında paylaşım edərək, ona dəstək olanlara təşəkkürünü bildirib:

"10 ildir ki, formasını aşağı yaş qruplarında qürurla daşıdığım “Beşiktaş”da ilk peşəkar matçıma Çempionlar Liqasında çıxmağın həyəcanını və qürurunu yaşayıram.

Bu formanı daha çox tərlətmək üçün əlimdən gələni edəcəm. Dəstəkləriniz üçün təşəkkür edirəm”.


Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı