"Şerif" bu dəfə "Real"ı ŞOK ETDİ! – Çempionlar Liqasında gecənin SÜRPRİZ NƏTİCƏLƏRİ

29 Sentyabr 2021 00:58 Çempionlar Liqası 1 226
"Şerif" bu dəfə "Real"ı ŞOK ETDİ! – Çempionlar Liqasında gecənin SÜRPRİZ NƏTİCƏLƏRİ

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupunun qarşılaşmaları keçirilib.

A qrupunda PSJ “Mançester Siti” ilə qarşılaşıb. Paris təmsilçisinin heyətində zədəsini sağaldan Lionel Messi də sözügedən oyunda iştirak edib.

Argentinalı futbolçunun da qol vurduğu oyunda parislilər inamlı qələbəyə seviniblər. Qrupun digər matçında “Leyptsiq” evdə “Brügge”yə uduzub.

Turun daha bir maraqlı qarşılaşması B qrupu çərçivəsində olub. İtaliyanın “Milan” komandası “San Siro”da İspaniya “Atletiko”sunu qəbul edib.

Madrid təmsilçisi səfərdə əzmkar qələbəyə sevinib. Qrupun digər oyununda “Liverpul” Portuqaliya səfərində “Portu”nu darmadağın edib

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” C qrupu çərçivəsində səfərdə “Ayaks”la üz-üzə gəlib və məğlub olub.

Qrupun digər oyununda Dortmund “Borussiya”sı Portuqaliyanın “Sportinq” komandasını minimal hesabla üstələyib.

C qrupu

Ayaks (Niderland) – Beşiktaş (Türkiyə) 2:0
Qol
: Berqeys, 17. Haller, 43.

Borussiya (Dortmund, Almaniya) – Sportinq (Portuqaliya) 1:0
Qol
: Malen, 37.

D qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – İnter (İtaliya) 0:0

Real (İspaniya) – Şerif (Moldova) 1:2
Qol
: Benzema, 65-pen – Yaxşıbayev, 25. Till, 90.

A qrupu

PSJ (Fransa) – Mançester Siti (İngiltərə) 2:0
Qol
: Qeye, 8. Messi, 74.

Leyptsiq (Almaniya) – Brügge (Belçika) 1:2
Qol
: Nkunku, 5 – Vanaken, 22. Rits, 41.

B qrupu

Portu (Portuqaliya) – Liverpul (İngiltərə) 1:5
Qol
: Taremi, 75 – Salah, 18; 60. Mane, 45. Firmino, 77; 83.

Milan (İtaliya) – Atletiko (İspaniya) 1:2
Qol
: Leao, 20 – Qrizmann, 84. L.Suares, 90+4-pen.

29 sentyabr

H qrupu

20:45 Zenit (Rusiya) – Malmö (İsveç)
23:00 Yuventus (İtaliya) – Çelsi (İngiltərə)

F qrupu

20:45 Atalanta (İtaliya) – Yanq Boyz (İsveçrə)
23:00 Mançester Yunayted (İngiltərə) – Vilyarreal (İspaniya)

E qrupu

23:00 Benfika (Portuqaliya) – Barselona (İspaniya)
23:00 Bayern (Almaniya) – Dinamo (Kiyev, Ukrayna)

G qrupu

23:00 Volfsburq (Almaniya) – Sevilya (İspaniya)
23:00 Zalsburq (Avstriya) – Lill (Fransa)

Bombardir: Robert Levandovski (“Bayern”) – 2 qol.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!