Azərbaycan yığmasının üzvü ÇL-də necə debüt etdi? - VİDEO

28 Sentyabr 2021 23:00 Çempionlar Liqası 1 020
Azərbaycan yığmasının üzvü ÇL-də necə debüt etdi? - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

Sportinfo.az xəbər verir ki, C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"la üz-üzə gəlib.

Görüş Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 17-ci dəqiqədə Stiven Bergeys, 43-cü dəqiqədə isə Sebastyen Allye vurublar.

73-cü dəqiqədə qonaqların heyətində meydana çıxan Azərbaycanın U-17 və U-19 millisinin üzvü Berkay Vardar qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində debüt edib.

"Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə) - 2:0

Qollar: Stiven Bergeys, 17, Sebastyen Allye, 43

Xal durumu: "Ayaks" - 6 (2 oyun), "Borussiya" - 3, "Beşiktaş" - 0 (2), "Sportinq" - 0

Digər Xəbərlər
Xəbər Lenti