"Beşiktaş" kimlərlə üz-üzə gələcək? - ÇL-in qrup mərhələsinin püşkü atıldı

26 Avqust 2021 21:15 Çempionlar Liqası 1 353
"Beşiktaş" kimlərlə üz-üzə gələcək? - ÇL-in qrup mərhələsinin püşkü atıldı

Bu gün Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, tədbirdə Avropanın 32 ən güclü klubu 8 qrupa bölünüb.

Püşk bəzi nəhəngləri üz-üzə qoyub. Ən zəngin klublar sayılan PSJ və “Mançester Siti” qrupda rəqib olub.

“Bavariya” ilə “Barselona”, “İnter”lə “Real”, “Atletiko” ilə “Liverpul”, “Çelsi” ilə “Yuventus” da qrupda qarşılaşacaq. Ötən mövsüm Avropa Liqasının finalında qarşılaşan “Vilyarreal”la “Mançester Yunayted” də üz-üzə gələcək.

İlk turun oyunları sentyabrın 14-15-də keçiriləcək.

A qrupu: "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Leyptsiq" (Almaniya), "Brügge" (Belçika)

B qrupu: "Atletiko" (Madrid, İspaniya), "Liverpul" (İngiltərə), "Portu" (Portuqaliya), "Milan" (İtaliya)

C qrupu: "Sportinq" (Portuqaliya), "Borussiya" (Dortmund, Almaniya), "Ayaks" (Niderland), "Beşiktaş" (Türkiyə)

D qrupu: "İnter" (İtaliya), "Real Madrid" (İspaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Moldova)

E qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna)

F qrupu: "Vilyarreal" (İspaniya), "Mançester Yunayted" (İspaniya), "Atalanta" (İtaliya), "Yanq Boyz" (İsveçrə)

G qrupu: "Lill" (Fransa), "Sevilya" (İspaniya), "Zaltsburq" (Avstriya), "Volfsburq" (Almaniya)

H qrupu: "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Zenit" (Rusiya), "Malmö" (İsveç)

Qeyd edək ki, Çempionlar Liqasında ilk turun oyunları 14-15 sentyabrda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti