Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bununla da qrupa son 3 vəsiqənin sahibi bəlli olub.
Fransadakı ilk oyunda Ukraynanın "Şaxtyor" komandasına 0:1 hesabı ilə uduzan "Monako səfərdə 2:1 hesablı qələbə qazanıb. Buna baxmayaraq qarşılaşmanın əlavə vaxtında fərqənən Donetsk təmsilçisi mərhələ adlayıb.
Moldova "Şerif"i Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olub. Evdəki oyunda 3:0 hesablı qələbə qazanan Tiraspol təmsilçisi qolsuz heç-heçəyə razılaşıb.
Digər matçda isə "Bröndbü" Danimarkada Avstriya "Zalsburq"a 1:2 hesabı ilə məğlub olub. Meydan sahibləri ilk görüşdə eyni hesabla uduzub.
Beləliklə, "Şaxtyor", "Şerif" və "Zalsburq" Çempionlar Liqasının, "Monako", "Dinamo" və "Bröndbü" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Pley-off mərhələsi, cavab oyunları
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Monako" (Fransa) - 2:2
Qollar: Marlos, 74, Ruben Aguilar, 114 (Avtoqol) - Vissam Ben-Yedder, 18. 39
İlk oyun - 1:0
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova) - 0:0
İlk oyun - 0:3
"Bröndbü" (Danimarka) - "Zalsburq" (Avstriya) - 1:2
Qollar: Andreas Maxso, 62 - Benjamin Sesko, 4. Brenden Aaronson, 10
İlk oyun - 1:2

