ÇL: Qonaqlar qələbəyə həsrət qaldı - VİDEOLAR

19 Avqust 2021 01:00 Çempionlar Liqası 1 054
ÇL: Qonaqlar qələbəyə həsrət qaldı - VİDEOLAR

Çempionlar Liqasında pley-off mərhələsinin digər 3 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, hər 3 qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

"Benfika" Portuqaliyada Niderlandın PSV klubunu 2:1 hesabı ilə məğlub edib. "Yanq Boyz" İsveçrədə Macarıstan "Ferentsvaroş"una qalib gəlib - 3:2.

İsveç "Malmö"sü isə doğma meydanda Bolqarıstan "Lüdoqorets"indən güclü olub - 2:0.

Bu mərhələnin cavab görüşləri avqustun 24 və 25-də oynanılacaq.

Pley-off mərhələsi, ilk oyunlar

"Benfika" (Portuqaliya) - PSV (Niderland) - 2:1

Qollar: Rafael Silva, 10, Yulian Vayql, 42 - Kodi Qakpo, 52

"Malmö" (İsveç) - "Lüdoqorets" (Bolqarıstan) - 2:0

Qollar: Velko Birmançeviç, 26, Yo-İnge Berget, 61

"Yanq Boyz" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) - 3:2

Qollar: Meşak Elia, 16, Vensan Syerro, 40, Ulisses Qarsiya, 65 - Frank Boli, 14; 82

Qırmızı vərəqə: Silvan Hefti, 25 ("Yanq Boyz")

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti