"Şerif"dən Çempionlar Liqasında ŞOK NƏTİCƏ!

18 Avqust 2021 00:56 Çempionlar Liqası 1 667
"Şerif"dən Çempionlar Liqasında ŞOK NƏTİCƏ!

Çempionlar Liqasında pley-off mərhələsinin görüşlərinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. .

"Monako" Fransada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 19-cu dəqiqədə Pedrinyo vurub.

Moldovada "Şerif"lə üz-üzə gələn Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası 0:3 heabı ilə uduzub. Meydan sahiblərinin heyətində 45 və 80-ci dəqiqələrdə Adama Traore, 54-cü dəqiqədə isə Dimitros Kolovos fərqlənib.

Avstriyada Danimarka "Bröndbü"sü ilə qarşılaşan "Zalsburq" əzmkar qələbə qazanıb. Matçda hesabı danimarkalılar açıblar.

Mikael Urye 4-cü dəqiqədə komandasını önə çıxarıb.56-cı dəqiqədə Kərim Adeymi tarazlığı bərpa edib. Əsas vaxtın sonuncu dəqiqəsində isə Brenden Eronson "Zalsburq"a qələbə qazandıran qola imza atıb.

Pley-off mərhələsi, ilk oyunlar

"Monako" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:1

Qol: Pedrinyo, 19

"Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0

Qollar: Adama Traore, 45; 80, Dimitros Kolovos, 54

"Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka) - 2:1

Qollar: Kərim Adeymi, 56, Brenden Eronson, 90 - Mikael Urye, 4

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti