ÇL-də ən yaxşı adına namizədlər – Messi və Ronaldo bura düşmədi

14 Avqust 2021 00:14 Çempionlar Liqası 2 714
ÇL-də ən yaxşı adına namizədlər – Messi və Ronaldo bura düşmədi

Çempionlar Liqasında mövqelər üzrə ötən mövsümün ən yaxşısı adına namizədlərin yeni siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Barselona”dan ayrılaraq PSJ-yə keçən Lionel Messi ilə “Yuventus”un hücumçusu Kriştiano Ronaldo namizədlər arasında yer almayıb.

Çempionlar Liqasının qalibi “Çelsi”dən 5 futbolçu ən yaxşı adına namizədlər arasındadır.

Qapıçılar: Tibo Kurtua (“Real”, İspaniya), Ederson (“Mançester Siti”, İngiltərə), Eduar Mendi (“Çelsi”, İngiltərə);

Müdafiəçilər: Sesar Aspilikueta, Antonio Rüdiger (hər ikisi “Çelsi”, İngiltərə), Ruben Dias (“Mançester Siti”, İngiltərə);

Yarımmüdafiəçilər: Kevin de Bruyne (“Mançester Siti”, İngiltərə), Jorjinyo, Nqolo Kante (hər ikisi “Çelsi”, İngiltərə);

Hücumçular: Erlinq Haland (“Borussiya” Dortmund, Almaniya), Robert Levandovski (“Bavariya”, Almaniya), Killian Mbappe (PSJ, Fransa).

Ən yaxşı oyunçuların adları avqustun 26-da, qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti