Mahir üçün ÇL macərası bitdi, "Olimpiakos" da dayandı - NƏTİCƏLƏR

11 Avqust 2021 01:00 Çempionlar Liqası 2 188
Mahir üçün ÇL macərası bitdi, "Olimpiakos" da dayandı - NƏTİCƏLƏR

Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşib və 10 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada "Dinamo"nu (Zaqreb) qəbul edib.

Rəqibinə 0:1 hesabı ilə uduzan Varşava təmsilçisi turnirdə mübarizəni dayandırıb. Emreli meydana start heyətində çxsa da, 56-cı dəqiqədə Tomaş Pekqartla əvəzlənib.

II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Yunanıstan "Olimpiakos"u Bolqarıstanda "Lüdoqorets"in qonağı olub. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

İlk matçda da heç-heçə qeydə alındığından komandalar əlavə 30 dəqiqə oynayıblar.

Əlavə vaxtda hesab dəyişmədiyi üçün penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq oynayan meydan sahibləri pley-offa yüksəliblər.

II raundda "Qalatasaray"dan güclü olan PSV isə Danimarkada "Midtüllan"i sınağa çəkib. İlk görüşdə 3:0 hesablı qələbə qazanan qonaqlar ikinci qarşılaşmada da rəqibinə şans verməyib - 1:0.

Cavab oyunları

21:00. "Şerif" (Moldova) - "Srvena Zvezda" (Serbiya) - 1:0

Qol: Danilo Arboleda, 45+2

İlk oyun - 1:1

21:00. "Slaviya" (Praqa, Çexiya) - "Ferentsvaroş" (Macarıstan) - 1:0

Qol: Lukaş Masopust, 36

İlk oyun - 0:2

21:30. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Genk" (Belçika) - 2:1

Qol: Lassina Traore, 27, Markos Antonio, 76 - Siril Dessers, 90

İlk oyun - 2:1

22:00. "Midtüllan" (Danimarka) - PSV (Niderland) - 0:1

Qol: Bruma, 90+3

İlk oyun - 0:3

22:00. "Lüdoqorets" (Bolqarıstan) - "Olimpiakos" (Yunanıstan) - 2:2 (PENALTİLƏRDƏ - 4:1)

Qollar: Ruben Semedu, 49 (avtoqol), Pyeros Sotiriu, 57 (penalti) - Yan M Vila, 31, Yussef əl-Ərəbi, 68 (penalti)

İlk oyun - 1:1

22:00. "Monako" (Fransa) - "Sparta" (Praqa, Çexiya) - 3:1

Qollar: Jelson Martinş, 50, Aleksandr Qolovin, 56,Sofian Diop, 81 - David Moberq Karlsson, 78

İlk oyun - 2:0

22:30. "Yanq Boyz" (İsveçrə) - ÇFR (Rumıniya) - 3:1

Qollar: Jordan Sibaço, 23; 42, Mumi Nqamalyo, 25 - Biyel Omrani, 4

İlk oyun - 1:1

23:00. "Benfika" (Portuqaliya) - "Spartak" (Moskva, Rusiya) - 2:0

Qollar: Joau Mariu, 58, Roman Yaremçuk, 90+2

İlk oyun - 2:0

23:00. "Legiya" (Polşa) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

Qol: Bartol Franyiç, 20

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Malmö" (İsveç) - 1:2

Qol: Alfredo Morelos, 19 - Antonio Çolak, 53; 58

Qırmızı vərəqə: Bonke İnnosent, 45+1 ("Malmö")

İlk oyun: 1:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti