Mahir bu gecə sevinə biləcək? - Çempionlar Liqasında

10 Avqust 2021 16:40 Çempionlar Liqası 2 067
Mahir bu gecə sevinə biləcək? - Çempionlar Liqasında

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Zaqreb "Dinamo"sunu qəbul edəcək. Varşava təmsilçisi səfərdə 1:1 hesablı heç-heçə edib.

"Neftçi"ni bu turnirdən kənarlaşdırmış Yunanıstan "Olimpiakos"u Bolqarıstanda "Lüdoqorets"in qonağı olacaq. Komandalar arasındakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.

II raundda Türkiyə "Qalatasaray"ından güclü olan Niderlandın PSV klubu Danimarkada "Midtüllan"i sınağa çəkəcək. İlk görüşdə PSV 3:0 hesablı qələbə qazanıb.

10 avqust

Cavab oyunları

21:00. "Şerif" (Moldova) - "Srvena Zvezda" (Serbiya)

İlk oyun - 1:1

21:00. "Slaviya" (Praqa, Çexiya) - "Ferentsvaroş" (Macarıstan)

İlk oyun - 0:2

21:30. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Genk" (Belçika)

İlk oyun - 2:1

22:00. "Midtüllan" (Danimarka) - PSV (Niderland)

İlk oyun - 0:3

22:00. "Lüdoqorets" (Bolqarıstan) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:1

22:00. "Monako" (Fransa) - "Sparta" (Praqa, Çexiya)

İlk oyun - 2:0

22:30. "Yanq Boyz" (İsveçrə) - ÇFR (Rumıniya)

İlk oyun - 1:1

23:00. "Benfika" (Portuqaliya) - "Spartak" (Moskva, Rusiya)

İlk oyun - 2:0

23:00. "Legiya" (Polşa) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Malmö" (İsveç)

İlk oyun: 1:2

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"