Mahir “Dinamo”ya qol vurmasa da... İlk "3-lük"də yer aldı

5 Avqust 2021 14:20 Çempionlar Liqası 950
Mahir “Dinamo”ya qol vurmasa da... İlk "3-lük"də yer aldı

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "Legiya"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 5 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən üç futbolçudan biridir.

24 yaşlı hücumçu 7 dəfə çərçivəni dəqiq nişan alıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli 3 dəfə hədəfdən yayınıb.

İsveçrənin "Yanq Boyz" komandasından Ebişer Mişel və Bolqarıstan "Lüdoqorets"indən Bernard Tekpetey eyni sayda dəqiq zərbə endirib.

"Legiya" III təsnifat mərhələsinin ilk oyununda Xorvatiyada Zaqreb "Dinamo"su ilə heç-heçə edib - 1:1. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə yerini komanda yoldaşı Tomaş Pexarta verib.

Digər Xəbərlər
Xəbər Lenti