"Olimpiakos"un gücü ancaq “Neftçi”yə çatır – ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

4 Avqust 01:10 Çempionlar Liqası 1 937
"Olimpiakos"un gücü ancaq “Neftçi”yə çatır – ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

"Neftçi"ni bu turnirdən kənarlaşdırmış "Olimpiakos" Yunanıstanda Bolqarıstan "Lüdoqorets"ini qəbul edib. Görüşün ikinci hissəsində qonaqlar önə keçsə də, sona doğru meydan sahibləri məğlubiyyətdən yaxa qurtara bilib - 1:1.

Daha bir gözlənilməz nəticə Moldova "Şerif"inin Serbiyada "Srvena Zvezda" ilə eyni hesablı heç-heçə etməsi olub.

II raundda Türkiyə "Qalatasaray"ından güclü olan PSV Niderlandda Danimarkanın "Midtüllan" klubunu sınağa çəkib. Bu qarşılaşmada da Eyndhoven təmsilçisi böyük hesabla qalib gəlib - 3:0.

Daha 3 oyun avqustun 4-də olacaq. Cavab görüşləri isə 10 avqustda keçiriləcək.

3 Avqust

İlk oyunlar

"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya) - 2:1

Qollar: Soren Rieks, 47. Velko Birmançeviç, 49 - Stiven Deyvis, 90+5

"Sparta" (Praqa, Çexiya) - "Monako" (Fransa) - 0:2

Qollar: Orelyen Tçuameni, 37. Kevin Volland, 59

ÇFR (Rumıniya) - "Yanq Boyz" (İsveçrə) - 1:1

Qol: Kristian Manea, 4 - Vinsent Sierro, 90+3

"Genk" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2

Qollar: Pol Onuaçu, 39 - Tete, 63. Alan Patrik, 83

PSV (Niderland) - "Midtüllan" (Danimarka) - 3:0

Qollar: Noni Madueke, 19. Mario Götse, 29. Kodi Qakpo, 32

"Srvena Zvezda" (Serbiya) - "Şerif" (Moldova) - 1:1

Qollar: Loi Dioni, 45+1 - Frank Kastanyeda, 33

"Olimpiakos" (Yunanıstan) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1

Qollar: Agibu Kamara, 87 - Kiril Despodov, 50

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 16:00 İndi say, babam, say!