“Neftçi”ni ÇL-dən uzaqlaşdırdılar, amma... PUL ALMADILAR

3 Avqust 2021 09:40 Çempionlar Liqası 1 884
“Neftçi”ni ÇL-dən uzaqlaşdırdılar, amma... PUL ALMADILAR

“Olimpiakos” rəhbərliyi Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşan komandaya mükafat verməyib.

Baxmayaraq ki, Pirey təmsilçisi hər iki görüşdə bakılı rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Yunanıstanlı rəsmilərin belə bir qərar qəbul etməsinin səbəbi bu matçlarda sərgilənən oyunun onları razı salmamasıdır.

İdarəçilər bu barədə narazılığını Pedro Martinslə görüşdə də ifadə edib.

Baş məşqçi səslənən iradlarla razılaşıb, zədə və cəza ilə əlaqəli problemlərin çoxluğundan şikayətlənib, həmçinin bəzi futbolçuların potensialından zəif təsir bağışladığını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"