Mahir Çempionlar Liqasında iki futbolçudan biridir - BU SİYAHIDA

30 İyul 2021 09:20 Çempionlar Liqası 1 565
Mahir Çempionlar Liqasında iki futbolçudan biridir - BU SİYAHIDA

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk cavab oyunlarının statistik göstəricilər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Legiya"da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli qapıya ən çox dəqiq zərbə endirən iki futbolçudan biridir.

24 yaşlı forvard 6 dəfə çərçivəni dəqiq nişan alıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli 3 dəfə hədəfdən yayınıb.

Monteneqro "Buduçnost"unun yarımmüdafiəçisi Miloş Raiçkoviç də 6 dəfə çərçivəyə düşüb. Lakin onlardan heç biri qolla nəticələnmədiyi üçün azərbaycanlı oyunçu ilk sırada qərarlaşıb.

"Legiya" II təsnifat mərhələsində Estoniya "Flora"sını mübarizədən kənarlaşdırıb. Varşava təmsilçisi III raundda "Dinamo" (Zaqreb) ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə