Mahirin yolunun üstünə "Dinamo" çıxdı - ÇL-də 3-cü mərhələnin bütün cütlükləri

29 İyul 2021 02:24 Çempionlar Liqası 1 898
Mahirin yolunun üstünə "Dinamo" çıxdı - ÇL-də 3-cü mərhələnin bütün cütlükləri

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bununla da 3-cü mərhələnin bütün cütlükləri məlum olub.

Azərbaycan çempionu "Neftçi"ni mübarizədən kənarlaşdıran "Olimpiakos" (Yunanıstan) Bolqarıstanın "Lüdoqorets" klubuna rəqib olub.

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının isə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacağı isə dünəndən bəllidir.

Qqarşılaşmalar 3-4 avqust və 10 avqustda təşkil olunacaq.

Çempionlar Yolu

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Legiya" (Varşava, Polşa)

ÇFR (Kluj, Rumıniya) - "Yanq Boyz" (İsveçrə)

"Olimpiakos" (Yunanıstan) - "Lüdoqorets" (Bolqarıstan)

"Srvena zvezda" (Serbiya) - "Şerif" (Moldova)

"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya)

"Ferentsvaroş" (Macarıstan) - "Slaviya" (Praqa, Çexiya)

Liqa Yolu

PSV (Eyndhoven, Niderland) - "Midtüllan" (Danimarka)

"Spartak" (Moskva, Rusiya) vs "Benfika" (Portuqaliya)

"Genk" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna)"Monako" (Fransa) - "Sparta" (Praqa, Çexiya)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!