ÇL: “Malmö” “Neftçi” ilə “Olimpiakos”u gözləyir - NƏTİCƏLƏR

28 İyul 2021 00:28 Çempionlar Liqası 1 195
ÇL: “Malmö” “Neftçi” ilə “Olimpiakos”u gözləyir - NƏTİCƏLƏR

Çempionlar Liqasında 2-ci mərhələnin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Estoniya səfərində “Flora” ilə qarşılaşıb.

Komandalar arasında Polşada baş tutan ilk görüşdə “Legiya” 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə də qalib gələn Polşa çempionu növbəti mərhələyə adlayıb.

Xorvatiyanın “Dinamo” komandası Kipr “Omoniya”sının qonağı olub. Minimal hesabla qalib gələn xorvatlar mərhələ adlayan tərəf olub.

Finlandiyanın HİK komandası isə İsveç “Malmö”sünü sınağa çəkib. Bu cütün məğlubu – HİK Avropa Liqasının 3-cü mərhələsində “Neftçi” – “Olimpiakos” (Yunanıstan) cütünün uduzanı ilə qarşılaşacaq.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” bu gün meydana çıxacaq. “Ağ-qaralar” Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək. “Neftçi” ilk matçda səfərdə rəqibinə 0:1 hesabıyla uduzub.

27 iyul

Flora (Estoniya) – Legiya (Polşa) 0:1
İlk oyun 1:2

HİK (Finlandiya) – Malmö (İsveç) 2:2
İlk oyun 1:2

Omoniya (Kipr) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun 0:2

Jalgiris (Litva) – Ferentsvaroş (Macarıstan) 1:3
İlk oyun 0:2

28 iyul

21:00 Neftçi – Olimpiakos (Yunanıstan)
İlk oyun 0:1

21:00 Şerif (Moldova) – Alaşkert (Ermənistan)
İlk oyun 1:0

21:30 ÇFR (Rumıniya) – Linkoln (Cəbəllütariq)
İlk oyun 2:1

21:45 Midtyulland (Danimarka) – Seltik (Şotlandiya)
İlk oyun 1:1

22:00 Qalatasaray (Türkiyə) – PSV (Niderland)
İlk oyun 1:5

22:00 Ludoqorets (Bolqarıstan) – Mura (Sloveniya)
İlk oyun 0:0

22:15 Yanq Boyz (İsveçrə) – Slovan (Slovakiya)
İlk oyun 0:0

22:30 Sparta (Praqa, Çexiya) – Rapid (Avstriya)
İlk oyun 1:2

22:30 Srvena Zvezda (Serbiya) – Kayrat (Qazaxıstan)
İlk oyun 1:2

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da