"Olimpiakos" yarımcan oldu - 8 futbolçu "Neftçi"yə qarşı oynamayacaq

27 İyul 2021 17:20 Çempionlar Liqası 1 375
"Olimpiakos" yarımcan oldu - 8 futbolçu "Neftçi"yə qarşı oynamayacaq

"Olimpiakos"un 8 futbolçusu "Neftçi"yə qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçını buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin baş məşqçisi Pedro Martins oyun öncəsi mətbuat konfransında deyib.

İspaniyalı mütəxəsissin sözlərinə görə, Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson Bakıdakı görüşdə iştirak etməyəcək.

Onlardan M. Kamara cəza, digərləri isə zədə səbəbindən meydana çıxa bilməyəcək.

İyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti