"Olimpiakos"u Bakıda “Neftçi” yox, onlar vahiməyə salır

26 İyul 2021 16:20 Çempionlar Liqası 1 884
"Olimpiakos"u Bakıda “Neftçi” yox, onlar vahiməyə salır

"Neftçi" ilə Bakıda keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl zədə və itkilərdən əlavə, daha iki amil "Olimpiakos"a problem yarada bilər.

Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, Pirey təmsilçisi matçın təşkil olunacağı "Bakcell Arena"nın vəziyyətindən narahatdır.

Meydanın ot örtüyünün çox pis durumda olduğunu iddia edən yunanıstanlı həmkarlarımız burada yeni zədələrin ortaya çıxma təhlükəsinin mövcudluğunu vurğulayıb:

"Hazırda Azərbaycanda bütün stadionlar pis vəziyyətdədir. Bu, havaların isti keçməsi ilə əlaqədardır".

Digər məqam kimi "Olimpiakos"un 5 000 tamaşaçı önündə ciddi təzyiq altında oynayacağı bildirilir:

"Meydan sahiblərinin kifayət qədər çılğın azarkeşi var. "Forza Neftçi" fan-klubu isə komandaya böyük sevgisi ilə məşhurdur".

İyulun 28-də keçiriləcək "Neftçi" - "Olimpiakos" matçı saat 21:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"