"Mübahisə edə bilərəm ki, “Neftçi"yə məğlubiyyətə layiq deyildik”

22 İyul 2021 23:20 Çempionlar Liqası 1 683
"Mübahisə edə bilərəm ki, “Neftçi"yə məğlubiyyətə layiq deyildik”

"Təəssüf ki, Çempionlar Liqasında mübarizəni dayandırdıq.

Əslində pis oynamadıq, sadəcə, fərdi səhvlərdən uğursuzluğa düçar olduq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının baş məşqçisi Kaxaber Tsxadadze Çempionlar Liqasının I raundunda "Neftçi"yə məğlubiyyəti şərh edərkən deyib.

53 yaşlı mütəxəssis bildirib ki, Bakı klubunun heyətində bu cür səhvləri bağışlamayan yüksək səviyyəli futbolçular var:

"Neftçi"yə qarşı hər iki oyunda məğlubiyyətə layiq deyildik. Kim fərqli düşünürsə, mübahisə edə bilərəm. "Makkabi" ilə matçlar həmin uğursuzluğu unutdurmaq üçün yaxşı şansdır".

Tbilisi təmsilçisi hər iki oyunda "Neftçi"yə 1:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"