"Qalatasaray" biabır oldu, "Legiya" son dəqiqədə qazandı

22 İyul 2021 01:10 Çempionlar Liqası 1 571
"Qalatasaray" biabır oldu, "Legiya" son dəqiqədə qazandı

Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 7 görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, bununla da raundun ilk oyunlarına yekun vurulub.

Günün ilk oyunu Qazaxıstanda "Kayrat" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında baş tutub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Gecənin maraqlı görüşlərindən biri Niderlandda gerçəkləşib. PSV-nin qonağı olan Türkiyə "Qalatasaray"ı 1:5 hesabı ilə uduzub.

Bu saatda həmçinin "Olimpiakos" (Yunanıstan) - "Neftçi" və "Legiya" (Polşa) - "Flora" (Estoniya) qarşılaşmaları oynanılıb. Bakı klubu çətin Yunanıstan səfərində rəqibi ilə bacarmayıb - 0:1.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Varşava təmsilçisi isə ev oyununda 2:1 hesablı qələbəyə sevinib. Görüşə start heyətində başlayan 24 yaşlı forvard 56-cı dəqiqədə Jozue ilə əvəzlənib.

"Olimpiakos" - "Neftçi" cütü üçün iki qarşılaşma mühüm əhəmiyyət kəsb edirdi. Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək. Sözügedən qarşılaşmaların hər ikisi qolsuz bərabərliklə yekunlaşıb.

II təsnifat mərhələsi, ilk oyunlar

"Kayrat" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya) - 2:1

Qollar: Xose Kante Martines, 24, Frenk Banyak, 79 - Dino Mikanoviç, 57 (avtoqol)

"Malmö" (İsveç) - HİK (Helsinki, Finlandiya) - 2:1

Qollar: Antonio Çolak, 45+1, Anders Kristiansen, 74 - Riku Riski, 68

"Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) - 0:0

"Slovan” (Slovakiya) - “Yanq Boyz” (İsveçrə) - 0:0

PSV (Niderland) - "Qalatasaray" (Türkiyə) - 5:1

Qollar: Eran Zahavi, 2; 35; 84, Mario Götze, 51; 88 - Emre Kılınç, 42

“Olimpiakos” (Yunanıstan) - “Neftçi” (Azərbaycan) - 1:0

Qol: Məhəmməd Kamara, 29

“Legiya” (Polşa) - “Flora” (Estoniya) - 2:1

Qollar: Bartoş Kapustka, 3, Rafael Lopes, 90+1 - Rauno Sappinyen, 53

Bu mərhələnin digər 6 oyunu iyulun 20-də keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"