“Neftçi”yə uduzdu, sarsıntı keçirdi, istefa ərizəsi yazdı, sonra...

21 İyul 2021 20:00 Çempionlar Liqası 1 763
“Neftçi”yə uduzdu, sarsıntı keçirdi, istefa ərizəsi yazdı, sonra...

“Dinamo”nun baş məşqçisi Kaxaber Sxadadze klub rəhbərliyinə müraciət edib.

O, Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”yə məğlubiyyətdən sonra iş yerindən getmək istədiyini ərizəsində göstərib.

Vaxtilə ölkəmizdə “İnter”i çalışdırmış mütəxəssis bu uğursuzluğa görə dərin sarsıntı keçirdiyini bildirib. Sxadadze bəzi futbolçuların onun etimadını doğrultmadğını vurğulayıb.

Tbilisi təmsilçisinin başbilənləri baş məşqçinin istefasını qəbul etməyib. Rəsmilər “Neftçi”yə yenilginin səbəbkarları qismində oyunçuları görüb və Sxadadzeyə islahahatlar aparmaq icazəsi verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!