“Şerif” səfərdə erməniləri məyus etdi - ÇL-də NƏTİCƏLƏR

21 İyul 2021 01:10 Çempionlar Liqası 1 547
“Şerif” səfərdə erməniləri məyus etdi - ÇL-də NƏTİCƏLƏR

Çempionlar Liqasında II mərhələnin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 6 matç baş tutub.

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası doğma meydanda Kiprin “Omoniya” kollektivi üzərində inamlı qələbəyə sevinib.

“Ferentsvaroş” də “Jalgiris”i eyni hesabla məğlub edib. “ÇFR Kluj” səfərdə “Linkoln”dan, “Şerif” isə “Alaşkert”dən üstün olub.

Vyana “Rapid”i Praqa “Sparta”sını məğlub yola salıbsa, “Seltik” doğma meydanda “Midtyulland”la heç-heçəyə razılaşıb.

II təsnifat mərhələsinin cavab oyunları 27-28 iyulda keçiriləcək.

II təsnifat mərhələsi, ilk oyunlar

"Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova) - 0:1

Qol: Enrike Luvannor, 84

"Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya) - 1:2

Qollar: Marko Roza, 45 - Qabriel Debelyux, 52; 58

"Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva) - 2:0

Qollar: Mürto Uzuni, 25. Tokmak Nquen, 39

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr) - 2:0

Qollar: Lovro Mayer, 65. Kristian Yakiç, 81

"Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya) - 2:1

Qollar: Kristof Knasmüllner, 63; 71 - Ladislav Kreyçi, 3

"Seltik" (Şotlandiya) - "Midtüllan" (Danimarka) - 1:0

Qollar: Liel Abada, 39 - Evander, 66

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”