"Olimpiakos"un kapitanı: "Neftçi"nin hücumçuları güclüdür"

20 İyul 2021 18:20 Çempionlar Liqası 788
"Olimpiakos"un kapitanı: "Neftçi"nin hücumçuları güclüdür"

"Çox maraqlı dövrdür. Hazırlıq prosesimiz yaxşı keçdi. Matça hazır olduğumuzu bildiririk".

Sportinfo.az xəbər verir ki, bunu "Olimpiakos"un futbolçusu Andreas Buxalakis evdə "Neftçi" ilə keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında söyləyib.

"Çox sevinirik ki, azarkeşlər bizimlə bərabər olacaq. Sabahkı günü həyəcanla gözləyirik. Onların iştirak etdiyi qarşılaşmada özümüzü çox xoşbəxt hiss edirik" deyə kapitan vurğulayıb.

28 yaşlı yarımmüdafiəçi növbəti mərhələyə vəsiqə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Bu, bizim üçün ciddi qarşılaşmadır. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik".

Buxalakis "Neftçi"nin oyunlarını izlədiyini və güclü futbolçulardan ibarət olduğunu söyləyib. O, xüsusən ön xətt futbolçularını fərqləndirib.

Digər Xəbərlər
Xəbər Lenti