Yalnız “Neftçi” üçün kassalara yaxınlaşın – ”Olimpiakos”un istəyi

20 İyul 2021 20:20 Çempionlar Liqası 1 411
Yalnız “Neftçi” üçün kassalara yaxınlaşın – ”Olimpiakos”un istəyi

“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Olimpiakos” mövsümlük bilet satışını müvəqqəti dayandırıb.

buna səbəb Pirey təmsilçisinin diqqətləri məhz Azərbaycan çempionu ilə görüşə yönəltmək istəməsidir.

Yunanıstan təmsilçisi indiyə qədər 7000 mövsümlük kart satıb və indi azarkeşlərdən yalnız “Neftçi” ilə görüş üçün kassalara müraciət etməsini istəyib.

Mövsümlük kartı olan həmin 7000 fanatın da “Neftçi” ilə qarşılaşmada tribunada olması gözlənilir. Bir mövsümü əhatə edən kartların satışı isə iyulun 22-dən bərpa olunacaq.

Sabah keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı