ÇL-də II təsnifat mərhələsi başlayır - İlk oyun günündə 6 oyun

20 İyul 2021 18:00 Çempionlar Liqası 791
ÇL-də II təsnifat mərhələsi başlayır - İlk oyun günündə 6 oyun

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutacaq.

Rumıniya təmsilçisi ÇFR Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq. Macarıstan çempionu "Ferentsvaroş" Litva "Jalgiris"ini qəbul edəcək.

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası evdə Kipr "Omoniya"sını, Avstriya "Rapid"i isə Çexiyanın "Sparta" (Praqa) komandasını sınağa çəkəcək.

"Seltik" isə Şotlandiyada Danimarka "Midtüllan"ı ilə qarşılaşacaq. Bu raundun digər 7 görüşü iyulun 21-də keçiriləcək.

II təsnifat mərhələsi, ilk oyunlar

18:00. "Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova)

20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)

22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

22:45. "Seltik" (Şotlandiya) - "Midtüllan" (Danimarka)

Digər Xəbərlər
Xəbər Lenti