“Neftçi” 7 nəfərin üzünü görməyəcək – Nə orada, nə burada

18 İyul 2021 21:20 Çempionlar Liqası 122 492
“Neftçi” 7 nəfərin üzünü görməyəcək – Nə orada, nə burada

Məlum olduğu kimi, Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Olimpiakos” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Pedro Martins A və B siyahısını müəyyənləşdirib.

Portuqaliyalı mütəxəssis A siyahısına 24 futbolçunun adını salıb.3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 3 hücumçunun yer aldığı heyətdə 17 əcnəbi futbolçu var.

Pedro Martins düşərgədə yer alanlardan 7 nəfəri “24-lüy”ə salmayıb.

Tunisli müdafiəçi Məhəmməd Drager, seneqallı arxa xətt oyunçusu Pape Abu Sisse, həmçinin yerli Apostolos Apostolopulos, Aleksios Kalogeropulos, eyni zamanda portuqaliyalı yarımmüdafiəçilər Tyaqo Silva, Pepe və qvineyalı hücumçu Alqassim Bah baş məşqçinin qərarı ilə “Neftçi” ilə oyunları buraxmalı olacaq.

“Olimpiakos”la “Neftçi” arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək.

Qapıçılar: Tomaş Vaçlik, Öqmundur Kristinsson, Konstantinos Tzolakis;

Müdafiəçilər: Usseynu Ba, Ruben Semedo, Kenni Lala, Svetozar Markoviç, Avraam Papadopulos, Sokratis Papastatopulos, Oleq Reabçyuk;

Yarımmüdafiəçilər: Tanasis Andrutsos, Andreas Buçalakis, Madi Kamara, Aquibu Kamara, Nikola Çumiç, Pyerr Kunde, Giorqos Masuras, Yann Mvila, Lazar Rangeloviç, Marios Vrusay Matye Valbuena;

Hücumçular: Yussef El-Arabi, Ahmed Hassan, Tikinyo.

Digər Xəbərlər
Xəbər Lenti