"Neftçi” ilə ilk matçı buraxacaq - Seneqallı müdafiəçi

17 İyul 2021 11:00 Çempionlar Liqası 1 033
"Neftçi” ilə ilk matçı buraxacaq - Seneqallı müdafiəçi

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Olimpiakos” Azərbaycan çempionu önünə ciddi itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Yunanıstan klubunun heyətində zədəli və cəzalı futbolçular var.

Braziliyalı hücumçu Tikinyo zədədən əziyyət çəkir. Forvard eyni zamanda cəzalı olsa da, cəzasının bir qismini “silməsi” üçün iştirak ərizəsinə salınıb.

Seneqallı müdafiəçi Usseynu Banın isə bir oyunluq cəzasını çəkməlidir. Bu üzdən o, “Neftçi” ilə ilk matçı buraxacaq və yalnız Bakıdakı qarşılaşmada məşqçilər korpusunun sərəncamında olacaq.

“Olimpiakos”la “Neftçi” arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti