Bu kanal “Neftçi”nin hər iki ÇL matçını canlı yayımlayacaq

17 İyul 2021 01:10 Çempionlar Liqası 1 051
Bu kanal “Neftçi”nin hər iki ÇL matçını canlı yayımlayacaq

“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq telekanal dəqiqləşib.

Sportinfo.az klubun saytına istinadən məlumat verir ki, “Olimpiakos”la hər iki matç “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Bu komandalar arasında ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da Georgios Karaiskakis stadionunda, cavab görüşü isə ayın 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti