Mahir Emreli “doymadı”, bura düşdü - Qapıya zərbə vurmaqdan

16 İyul 2021 09:00 Çempionlar Liqası 1 978
Mahir Emreli “doymadı”, bura düşdü - Qapıya zərbə vurmaqdan

Azərbaycan millisinin və "Legiya"nın hücumçusu Mahir Emreli Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra qapıya ən çox dəqiq zərbə endirən futbolçular sırasına düşüb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı forvard Norveçin "Budyo Qlimt" klubuna qarşı matçlarda (3:2, 2:0) 5 dəfə çərçivəni dəqiq nişan alıb.

Bu zərbələrin 2-si qolla nəticələnib. Nəticədə Emreli ikinci yerdə qərarlaşıb.

İlk sırada isə Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq