"Neftçi" ispanları Bakıya gətirir - "Olimpiakos"la matç saatı

15 İyul 2021 13:40 Çempionlar Liqası 779
"Neftçi" ispanları Bakıya gətirir -  "Olimpiakos"la matç saatı

"Neftçi"nin Yunanıstan "Olimpiakos"una qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, iyulun 28-də Bakıda oynanılacaq qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Rikardo de Burqosa yan xətt hakimləri Roberto del Palomar, Yon Nunyes köməklik göstərəcklər. Dördüncü hakim funksiyasını isə Adrian Kordero yerinə yetirəcək.

"Bakcell Arena"da gerçəkləşəcək oyun saat 21:00-da başlayacaq.

Komandalar arasında ilk görüş isə iyulun 21-də Yunanıstanda olacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"