"Neftçi" və "Qalatasaray" eyni saatda - Çempionlar Liqası

15 İyul 2021 20:20 Çempionlar Liqası 1 316
"Neftçi" və "Qalatasaray" eyni saatda - Çempionlar Liqası

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb.

növbəti mərhələdə iki gün ərzində 10 matç gerçəkləşəcək.

"Dinamo"nu (Tbilisi) yarışdan kənarlaşdırmış "Neftçi" və mübarizəyə bu mərhələdən başlayacaq

"Qalatasaray"ın səfər görüşləri eyni gün və saatda başlayacaq. "Ağ-qaralar" Yunanıstanda "Olimpiakos"un, "sarı-qırmızılar" Niderlandda PSV-nin qonağı olacaq:

II təsnifat mərhələsi, ilk oyunlar

20 iyul
20:00. "Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Jalgiris" (Litva)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr)

22:30. "Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

22:45. "Seltik" (Şotlandiya) - "Midtüllan" (Danimarka)

21 iyul

21:00. "Malmö" (İsveç) - HİK (Finlandiya)

22:00. "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan)

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Yanq Boyz" (İsveçrə)

23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan)

Qeyd edək ki, cavab oyunları 27 - 28 iyulda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!