12 klub növbəti mərhələyə çıxdı - Çempionlar Liqası

14 İyul 2021 12:00 Çempionlar Liqası 868
12 klub növbəti mərhələyə çıxdı - Çempionlar Liqası

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

İlk oyun günündə 12 qarşılaşma gerçəkləşib. Estoniyanın "Flora", İsveçin "Malmö", Cəbəllütariqin "Linkoln", Moldovanın "Şerif", Macarıstanın "Ferentsvaroş", Sloveniyanın "Mura", Rumıniyanın ÇFR, Finlandiyanın HİK, Litvanın "Jalgiris", Slovakiyanın "Slovan" (Bratislava), Bolqarıstanın "Lüdoqorets" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları Avropanın ən nüfuzlu klub turnirində növbəti mərhələyə yüksəlib.

ÇFR və "Slovan" əlavə vaxtda vurduqları qolla mərhələ adlayıblar. Bu komandalardan ÇFR səfər qolu qaydasının ləğvindən sonra adını növbəti mərhələyə yazdıran ilk klub olub.

Qalan 4 kollektivin adına iyulun 14-də aydınlıq gələcək.

13 iyul

“Hibernians” (Malta) - "Flora" (Estoniya) - 0:3

İlk oyun - 0:2

"Riqa" (Latviya) - Malmö” (İsveç) - 1:1

İlk oyun - 0:1

"Linkoln" (Cəbəllütariq) - “Fola Eş” (Lüksemburq) - 5:0

İlk oyun - 2:2

"Şerif" (Moldova) - "Teuta" (Albaniya) - 1:0

İlk oyun - 4:0

"Priştina" (Kosovo) - “Ferentsvaroş” (Macarıstan) - 1:3

İlk oyun - 0:3

"Mura" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya) - 5:0

İlk oyun - 1:0

"Borats" (Bosniya və Herseqovina) - ÇFR (Rumıniya) - 2:1 (əlavə vaxt - 0:1)

İlk oyun - 1:3

"Buduçnost" (Monteneqro) - HİK (Helsinki, Finlandiya) - 0:4

İlk oyun - 1:3

“Linfild” (Şimali İrlandiya) - "Jalgiris" (Litva) - 1:2

İlk oyun - 1:3

"Şemrok Rovers" (İrlandiya) - "Slovan" (Bratislava, Slovakiya) - 2:1 (əlavə vaxt - 0:1)

İlk oyun - 0:2

"Şaxtyor" (Soliqorsk, Belarus) - "Lüdoqorets" (Bolqarıstan) - 0:1

İlk oyun - 0:1

"Valür" (İslandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2

İlk oyun - 2:3.

Digər Xəbərlər
Xəbər Lenti