Mahir Emreli: "Hamı bu anı səbirsizliklə gözləyir"

14 İyul 2021 09:20 Çempionlar Liqası 2 035
Mahir Emreli: "Hamı bu anı səbirsizliklə gözləyir"

“Burada atmosfer möhtəşəmdir”.

Sportinfo.az xəbər verir ki, “Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli Çempionlar Liqasının I təsnifat mərhələsində “Bodo-Qlimt”lə keçiriləcək cavab oyunu haqda danışıb.

Norveçdəki ilk qarşılaşmada dubl edərək komandasının qələbəsinə (3:2) töhfə verən millimizin forvardı evdə baş tutacaq cavab görüşünə ciddi hazırlaşdıqlarını söyləyib:

“Legiya”da hamı məni əla qarşıladı. Burada komanda yoldaşlarımla rus və ingilis dilində danışıram. Baş məşqçimiz müsbət enerjili insandır. Mənim kollektivə uyğunlaşmağıma çox kömək etdilər”.

Emrelinin sözlərinə görə, komanda yoldaşları kimi, o da "Legiya" azarkeşlərinin qarşısında oynamağı çoxdan gözləyir:

"Məşqlərdə onların səsini, dəstəyini eşidirik. Çoxdandır azarkeşlərin qarşısında oynamırıq. Hamı bu anı səbirsizliklə gözləyir".

Norveçdəki ilk oyunda dubl edən Mahir Emreli komandasına vacib qələbə qazandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə