“Məncə, komandanın açarı yanımda oturan Mahirdir" - VİDEO

13 İyul 2021 16:40 Çempionlar Liqası 1 143
“Məncə, komandanın açarı yanımda oturan Mahirdir" - VİDEO

“Bir qollu üstünlüyü qorumaq üçün meydana çıxmayacağıq.

Bizim məqsədimiz mümkün olan ən yaxşı nəticəni əldə etməkdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının I təsnifat mərhələsində “Bodo-Qlimt”lə sabah keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə 3:2 hesablı qələbə qazanan komandasından yenə eyni performansı gözlədiyini söyləyib.

O, “cavab matçında açarınız kim olacaq” sualına yanında əyləşən azərbaycanlı hücumçu Mahir Emrelini göstərərək cavab verib:

“Məncə, komandanın açarı yanımda oturan Mahirdir. Bizim yaxşı hücumçularımız var. Tomaş Pekartla Mahir Emreli eyni vaxtda meydanda ola bilərlər.

Əlbəttə ki, belə matçlarımız olacaq. Həm Mahir, həm də Tomaş son vaxtlar iki hücumçulu taktika ilə oynamayıblar. Bizim hətta onları əvəz edəcək oyunçularımız da var”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"