"Olimpiakos"un baş məşqçisi “Neftçi”dən 3 futbolçunu bəyəndi, daha birini…

13 İyul 2021 14:00 Çempionlar Liqası 2 245
"Olimpiakos"un baş məşqçisi “Neftçi”dən 3 futbolçunu bəyəndi, daha birini…

"Olimpiakos"un baş məşqçisi Pedro Martinsin iyulun 14-də Bakıya gələcəyi dəqiqləşib.

Portuqaliyalı mütəxəssis həmin gün "Neftçi" və "Dinamo" (Tbilisi) arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.

Bu cütün qalibi II raundda Pirey təmsilçisinin rəqibi olacaq.

Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb. Martins həmin görüşü də tribunadan canlı izləyib.

O, bakılıların heyətində 3 futbolçunu bəyənib. Çalışdırıcı komandasına rəqibin analiz edərək, Emin Mahmudov, Sabir Buqrin və Namiq Ələsgərovu digərlərindən fərqləndirib.

Martins “ağ-qaralar”ın ən təhlükəli oyunçularını özü üçün müəyyənləşdirməklə bərabər, Mamadu Kanenin üzərində dayanıb.

Portuqal mütəxəssis qvineyalı dayaq yarımmüdafiəçisini “Neftçi”nin ən sürpriz ismi olaraq qeyd edib.

O, afrikalı legionerin komandası üçün kifayət qədər faydalı iş görməsinə, bununla belə, toplu və topsuz epizodlarda kobudluğa əl atmasına diqqət çəkib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti